AZ

Azərbaycan XİN Hindistana başsağlığı verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "X" hesabında yazılıb.

"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralılara qarşıdakı günlərdə güc və şəfa diləyirik".

Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.

We are deeply saddened by the tragic plane crash in Ahmedabad, India. We extend our condolences to the families and loved ones of those affected. We hope for strength and healing in the days ahead.@MEAIndia

— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 12, 2025

Seçilən
34
15
missiya.az

9Mənbələr