AZ

İranda 10 gəmini əhatə edən güclü yanğın olub

İranın cənubunda Hörmüzgan əyalətində 10 ticarət gəmisini əhatə edən iri yanğın baş verib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əyalətin bütün logistika resursları yanğının söndürülməsinə cəlb edilib.

Yanğının səbəbi məlum deyil, araşdırma aparılır.

Seçilən
13
6
operativmm.az

7Mənbələr