AZ

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.

Demokrat.az bizim.media-ya istinadən xəbər verir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.

2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.

Seçilən
27
16
demokrat.az

10Mənbələr