Avtosfer saytına istinadən ain.az xəbər verir.
21 yaşlı italiyalı yarış avtomobili sürücüsü Matteo Doretto Polşada keçirilən Avropa Ralli Çempionatının mərhələsindən öncə sınaq yürüşü zamanı qəzada dünyasını dəyişib.
Avtosfer.az-ın turnirin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza yarışa hazırlıq zamanı baş verib.
İdmançının köməkçi sürücüsü Samuele Pelleqrino xəsarət almayıb və müayinə üçün xəstəxanaya aparılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Doretto avtomobil idmanında yüksələn ulduz hesab olunurdu. 2024-cü ildə o, yeniyetmələr arasında İtaliya çempionu titulunu qazanıb və bu, ona Avropa çempionatında iştirak etmək hüququ verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.