AZ

Moskvanın məqsədi sülh deyil – ZELENSKİ

Moskvanın sülh danışıqlarında əsas məqsədi Ukraynada sülhə nail olmaq deyil, ABŞ prezidenti Donald Trampa “Ukrayna ilə Rusiya arasında diplomatik körpünün olduğunu” göstərmək və ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyalarının tətbiqindən yayınmaqdır.

Herbiand.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı, iyunun 12-də Almaniyanın “Bild” tabloidinə müsahibəsində deyib.

“Axı, Putin deyə bilər: “Biz bir-birimizlə danışırıq! Sanksiyalar tətbiq olunarsa, daha danışıqlar olmayacaq”, - deyə Zelenski bildirib.

Hücuma məruz qalan ölkənin prezidenti hesab edir ki, eyni zamanda Kreml Ukraynanı təcrid etmək məqsədi güdür. "Ukraynanın tərəfdaşlarının dəstəyi olmadan uzun müharibə - Putin üçün bu, ideal variant olardı. O, tərəfdaşların dəstəyi və sanksiyalarla uzun müharibəyə tab gətirməyəcək", - Ukrayna lideri əmindir. Bununla bağlı o, Qərbin Moskvaya qarşı sanksiyalarını gücləndirməyə çağırıb.

Seçilən
10
herbiand.az

1Mənbələr