Bakı. Trend:
İyirmi birinci əsr türk xalqları üçün yeni imkanlar əsridir.
Trend xəbərverir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova iyunun12-də Astana şəhərində keçirilən TÜRKPA-nın 14-cü plenar iclasındaçıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,iyirmi birinci əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Spiker qeyd edib ki, bu baxış həm bizim ümumi mirasımıza, həm dətürk dövlətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə artanpotensialına əsaslanır.
Sahibə Qafarova deyib ki, türk xalqlarının yeni yüksəlişininyolu birlik və həmrəylikdən keçir.
Milli Məclisin sədrinin sözlərinə görə, bu gün dünyanın sürətlədəyişdiyi bir dövrdə geosiyasi proseslər getdikcə daha mürəkkəbşəkil alır, qlobal çağırışlar kollektiv cavablar tələb edir,dayanıqlı inkişaf isə təkcə resurslardan deyil, həm də birlik,həmrəylik və strateji düşünmə qabiliyyətindən asılı olur. Bubaxımdan türk dünyası nadir bir potensiala malikdir. Bu, sadəcəolaraq dövlətlərin birliyi deyil, ortaq dil, tarix və milli-mənəvidəyərlər ilə bağlı olan sivilizasiya məkanıdır.