Spiker Sahibə Qafarova deyib ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birliyi və həmrəyliyi olduqca təbii bir prosesdir. Bu gün bu birlik və həmrəylik öz ifadəsini qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin gündən-günə möhkəmlənməsində və genişlənməsində tapır.
Milli Məclis sədrinin sözlərinə görə, Türk əməkdaşlıq təşkilatları da bu prosesdə mühüm rol oynayırlar. Əməkdaşlıq gündəliyinin zəngin olması Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ənənəvi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsini də labüd edib. O, xüsusilə qeyd edib ki. bu görüşlərin keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. İlk qeyri-rəsmi Zirvə görüşü ötən ilin iyulunda Azərbaycanın mədəniyyət paytaxtı, Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində, ikincisi isə cari ilin may ayında Budapeşt şəhərində keçirilmişdir.
Qardaş xalqlarımızın təmsilçiləri olaraq, parlament üzvlərinin də bu prosesə necə töhfə verə biləcəyiməsələsini hər zaman diqqətdə saxladığını söyləyən Sahibə Qafarova,bu mənada, Türk Dövlətləri Parlament Assambleyasının ortaq maraqlarımızıreallaşdırmağa imkan verən, çoxşaxəliəməkdaşlığımızı ümumi hədəfə yönəldən mühüm platforma kimi çıxış etdiyini bildirib.
Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu keçdiyini, parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrildiyini deyən spiker Sahibə Qafarova,Assambleyanın14-cü Şura və plenar iclaslarının uğurla keçdiyini xatırladıb. Onun sözlərinə görə, iclasda həm ötən dövrdə görülən işlər, həm də gələcək planlarnəzərdən keçirilib. Plenar iclasın yekununda qəbul olunan Astana Bəyannaməsi də ölkələrimizimaraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin bir ifadəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31