ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, hava gəmisində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olmaqla ümumilikdə 242 sərnişin və heyət üzvü, o cümlədən 2 pilot və 10 bələdçi olub. İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.“Air India” bildirib ki, insidentin araşdırılmasında müvafiq orqanlarla tam əməkdaşlıq edir. Həmçinin sərnişinlərin yaxınlarına məlumat verilməsi üçün xüsusi qaynar xətt yaradılıb.*** Hindistanın qərbində “Air India” şirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub AzVision.az “News18” və “NDTV” telekanallarına istinadən xəbər verir ki, “ aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin olduğu “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğrayaraq yaşayış massivinə düşməsi nəticində yerdə də zərərçəkənlər ola bilər. Əhmədabaddakı Sərdar Vallabhbhai Patel adına Beynəlxalq Hava Limanı (SVPIA) “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra bütün əməliyyatları dayandırıb. “Qəzadan sonra bütün əməliyyatlar növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırılıb”, -aeroportun nümayəndəsi jurnalistlərə açıqlamasında deyib. “Reuters” agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində Hindistan, Kanada, Portuqaliya və Böyük Britaniya vətəndaşları olub. if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
В индийском аэропорту Ахмадабада разбился самолетНа борту находились 130 пассажиров. pic.twitter.com/dkWomg0ZBq
— seymur bakshev (@seymur_bakshev) June 12, 2025
Различные СМИ расходятся в заявлениях о числе пассажиров, которые находились на самолете Издание ANI пишет, что самолет перевозил уже 242 пассажиров, а The Times of India утверждает, что их было 290. pic.twitter.com/dkE5kGEk69
— seymur bakshev (@seymur_bakshev) June 12, 2025
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.