AZ

“Air India” təyyarəsinin bütün sərnişinləri həlak olub - VİDEO

İlkin məlumata görə, Hindistanın Əhmədabad şəhərində qəzaya uğrayan “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin aeroportundan havaya qalxan “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi bir neçə dəqiqədən sonra həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.

Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub. Hazırda qəza yerində axtarış-xilasetmə işlər davam edir. Qəzanın səbəbləri hələlik məlum deyil.


Bizim.Media

Seçilən
32
2
bizim.media

10Mənbələr