Bu il minimum əməkhaqqı 16% artırılaraq 400 manata çatdırıldı, minimum pensiya məbləği isə 14.3% qaldırılaraq 320 manat müəyyən olundu. Bəs sosial müavinət və təqaüdlər də artırılacaqmı? İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, gözləntilərə görə, iyul ayının 1-dən bəzi müavinətlərdə artım olacaq: “Bu artım qazilərin müavinatlarında, sosial müavinət alanlarda və əlilliyi olan şəxslərdə müşahidə oluna bilər. Yəqin ki, qərar bu ayın sonuna qədər veriləcək və iyulun 1-dən qüvvəyə minəcək”. N.Cəfərli qeyd edib ki, bu artım minimum əməkhaqqına və minimum pensiyaya aid olmayacaq: “Çünki onlar artıq ilin əvvəlində artırılıb. Çox güman ki, bu sahədə növbəti artım gələn ilin yanvarın 1-dən ola bilər”. Sevinc İbrahimzadə / Metbuat.az