Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncəşəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalarnəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Yeni marşrutşəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyataəlçatanlığın artırılması nəzərdə tutulur.
Agentlikdən Trend-ə verilən məlumata görə, sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması məqsədilə Gəncə şəhəri üzrə 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobusmarşrutlarını müsabiqəyə çıxarır.
Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü NəqliyyatAgentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt:[email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 2 nömrəlişəhərdaxili (Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti– Dədə Qorqud küçəsi), 4 nömrəli şəhərdaxili (İmamzadə türbəsi –Cümhuriyyət prospekti), 5 nömrəli şəhərdaxili (Y.Məmmədəliyevküçəsi – V.Qocayev küçəsi), 6 nömrəli şəhərdaxili (Şıxzamanlıqəsəbəsi – Bağmanlar küçəsi), 7 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi– Şəhidlər Xiyabanı), 8 nömrəli şəhərdaxili (Dəmiryol deposu(Z.İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi)), 10nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – N.Nərimanov küçəsi),11 nömrəlişəhərdaxili (Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər”şəhərciyi), 12 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – 1nömrəli şəhər xəstəxanası), 13 nömrəli şəhərdaxili (GəncəBeynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı(Yevlax istiqamətində)), 14 nömrəli şəhərdaxili (Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi) və G2 nömrəli şəhərətrafı(Göygöl Avtostansiyası – N.Nərimanov küçəsi) marşrutları üzrə 12lotda avqustun 6-da; 1 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı– Yeni Gəncə (28 May prospekti)), 3 nömrəli şəhərdaxili (Yeni Gəncə(28 May prospekti) – Cümhuriyyət prospekti), 9 nömrəli şəhərdaxili(Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi), 15 nömrəli şəhərdaxili(Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlaxistiqamətində)), 16 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi(Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)),17 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası –İ.Kazımov küçəsi), 18 nömrəli şəhərdaxili (N.Nərimanov küçəsi –Cavadxan qəsəbəsi), 19 nömrəli şəhərdaxili (V.Qocayev küçəsi – Şahİsmayıl Xətai prospekti), 20 nömrəli şəhərdaxili (Ə.Xəqani küçəsi –N.Nərimanov küçəsi) və G1 nömrəli şəhərətrafı (Göygöl Şəhər MərkəziXəstəxanası – N.Nərimanov küçəsi) marşrutları üzrə 10 lotdaavqustun 8-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqedilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.