Olaylar.az xəbər verir ki, şəhər meri İqor Terexovun sözlərinə görə, dronlar yaşayış binaları, məktəb və uşaq bağçalarına zərər verib. Nəticədə 14 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqlardır.
Bundan əlavə "Qeran-2" tipli PUA-nın boş əraziyə düşməsi də qeydə alınıb.
Həmçinin, Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə sistemləri ilə Ukraynaya məxsus 52 PUA-nı vurduqlarını açıqlayıb. Dronlardan 41-i Belqorod, 3-ü Moskva, 2-si isə Krım üzərində zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31