Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirin qalibi olub.
75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibini məğlub edib.
Qeyd edək ki, Abbasqulu Şadlinski doğum günündə beynəlxalq turnirin qalibi olub.