AZ

Ali məktəblərin "Yaşıl Universitet"ə transformasiyası əsas prioritetlərdən biridir

"Nizami Gəncəvi adına Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin ciddi tədbirlər planı var".

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında səsləndirib.

 

Rektor bildirib ki, Nizami Gəncəvi adına Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaxın günlərdə Özbəkistanın analoji tədqiqat mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb:

 

“Bu gün Özbəkistan Tədqiqat Mərkəzinin nümayəndələri də Azərbaycandadır. Hesab edirəm ki, universitetlərin "Yaşıl Universitet"ə transformasiyası bu gün əsas prioritetlərdən biridir”.

 

Ədalət Muradov həmçinin qeyd edib ki, ötən həftə Çində səfərdə olduqları zaman bu sahədə tanınmış Çin təşkilatlarından biri ilə görüş keçirilib:

 

“Biz orada təklif irəli sürdük ki, dünya universitetlərinin "Yaşıl Universitet" modelinə keçidi üçün vahid metodologiya hazırlansın. Bununla bağlı Green Metrics reytinq agentliyinin rəhbəri ilə də danışdım və o da bu təşəbbüsə razılıq verdi. Düşünürəm ki, belə bir vahid yanaşmaya dünyada ciddi ehtiyac var”.

Seçilən
41
azedu.az

1Mənbələr