AZ

İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatı realdır, yoxsa blef? - Əsas məqsəd

Son günlərdə yenidən ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağı barədə məlumatlar dünya mediasında geniş şəkildə tirajlanmaqdadır. Hətta ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla Konqres dinləmələrində bəyan edib ki, İranla aparılan nüvə danışıqlarının nəticə vermədiyi təqdirdə ABŞ ordusu İrana zərbə endirməyə hazırdır və bununla bağlı hərbi əməliyyat planı prezident Trampa da təqdim edilib və plan onun masasındadır. 

Digər tərəfdən isə “CBS News” İsrailin İrana qarşı hərbi əməliyatlar keçirməyə hazır olduğu barədə məlumat yayıb və bu da dünya mediasında geniş rezonansa səbəb olub.

Tehran da öz növbəsində belə hücumlara cavab verəcəyini bəyan edib. Bir sözlə, qarşılıqlı hibrid informasiya savaşı getməkdədir.

Bu zaman nüvə proqramı ilə bağlı aparılan danışıqlar fonunda ABŞ-nin və ya İsrailin İrana qarşı hərbi əməliyyat başlamasının nə dərəcədə real olduğu sual doğurur. 

Birinci onu demək lazımdır ki, danışıqların getdiyi bir zamanda ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatı reallıqdan uzaq olduğundan, bu, bir blefdir. Unutmaq lazım deyil ki, İrana qarşı belə bir informasiya savaşı Vaşiqtonla Tehran arasında nüvə proqramına dair iyunun 15-də Omanda baş tutacaq 6-cı danışıqlar raundu ərəfəsində gedir. Bu da təbiidir. Çünki İran prezidenti Məsud Pezeşkian da İlam əyalətinə səfəri zamanı nüvə danışıqları barədə açıqlamasında deyib ki, Vaşinqton İrandan uranın zənginləşdirilməsi fəaliyyətlərini və nüvə tədqiqatlarını tamamilə dayandırılmasını tələb edir. Yəni Ağ Ev mülki məqsədlər üçün də nüvə tədqiqatlarından imtinanı tələb edir ki, Tehran da bununla razılaşmır. Pezeşkian da bəyan edib ki, Tehran Vaşinqtonun bu tələbi ilə razılaşmayacaq.

ABŞ və İsrail sadəcə hibrid informasiya savaşı və hərbi-psixoloji təzyiq vasitəsilə Tehranı nüvə proqramı ilə bağlı maksimum dərəcədə güzəştlərə vadar etmək məqsədini güdür. Buna nə qədər nail ola biləcəklər, danışıqların gedişi göstərəcək. 

Mürtəza
Ölkə.az

Seçilən
37
1
olke.az

2Mənbələr