AZ

AQTİ bu həşərat üçün tələ qurur 66 min manat xərcləyəcək

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tender müsabiqəsi elan edib.

Yeniavaz.com xəbər verir ki, AQTİ 10 000 ədəd qəhvəyi mərmər bağacığı (Halymorpha halys) tələsi üçün feromonlu dispenser satın almaq istəyir.

Qeyd edək ki, AQTİ 10 000 ədəd feromonlu dispenser üçün 66 min 198 manat ödəməyi nəzərdə tutub.

Məlumat üçün bildirək ki, qəhvəyi mərmər bağacığı (Halymorpha halys) – kənd təsərrüfatına ciddi zərər vura bilən, mənşəyi Asiya olan bir növ zərərverici həşəratdır. Qəhvəyi mərmər naxışlı görünüşə malik olduğuna görə bu ad verilib. Tələ üçün feromonlu dispenserlər isə bağacığı cəlb etmək üçün istifadə olunan tələ qurğusudur. Dispenser tələnin içində yerləşən və feromon ifraz edən vasitədir. Bu maddə zərərverici həşəratları cəlb edir və tələyə yaxınlaşmalarına səbəb olur.Murad Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Seçilən
20
2
yeniavaz.com

3Mənbələr