AZ

Gen terapiyası görmə məhdudiyyətli 4 uşağa işıq OLDU

Görmə qüsuru olan dörd azyaşlı uşağa gen terapiyası tətbiq edildi. 

 

AzEdu.az xarici mediayadan əldə etdiyi məlumata əsasən, Londondakı Moorfields Göz Xəstəxanasının həkimləri ağır görmə qüsuru olan dörd azyaşlı uşağa eksperimental gen terapiyası tətbiq ediblər. Həkimlər müalicədən sonra uşaqlarda əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğunu bildiriblər.

 

Qeyd olunur ki, dörd uşağın hər biri "həyatı dəyişdirən" səviyyədə görmə qabiliyyəti əldə edib. Onlardan biri olan Türkiyə əsilli uşaq doğulduqdan sonra sürətlə inkişaf edən nadir genetik xəstəlik diaqnozu almışdı.

 

Gen terapiyasından öncə bu uşaqlar görmə qabiliyyətini tam itirmiş şəxslər kimi qeydiyyata alınmış, yalnız işıq və qaranlıq arasında fərq qoya bilirdilər.

 

Lakin müalicədən sonra bütün uşaqlarda nəzərəçarpacaq inkişaf baş verib. Bəzi uşaqlar artıq rəsm çəkməyə və yazı yazmağa başlayıblar. Bu, gen terapiyasının uşaqların həyat keyfiyyətində nə qədər ciddi dəyişiklik yaratdığını göstərir.

Seçilən
43
azedu.az

1Mənbələr