Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan yığmasının üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Dünya çempionatında ölkəmizi 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.

Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarışa sabah start veriləcək.

Kişilər 

60 kq

1/16 final

Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)

66 kq

1/32 final

Ruslan Paşayev – Ronald Lima (Braziliya)

73 kq

1/16 final

Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)

Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə

81 kq

1/16 final

Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə

90 kq

1/32 final

Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan) 

1/16 final

Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə

100 kq 

1/16 final

Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə

+100 kq

1/32 final

Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)

Qadınlar

48 kq

1/32 final

Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)

Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)

52 kq

1/32 final

Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)

57 kq 

1/16 final

Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)

Qarışıq komanda yarışı 

1/8 final

Azərbaycan - Almaniya