Bakı. Trend:
Azərbaycan ilə Qazaxıstan arasında ilk fiber-optik bağlantınınqurulmasını nəzərdə tutan Transxəzər Fiber-Optik Kabel Xəttinintikintisi üzrə növbəti əhəmiyyətli mərhələ artıq tamamlanıb.Layihənin icraçıları “AzerTelecom” və “Kazakhtelecom” kabelin dənizdibi ilə çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri LayihəTədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər. Butədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttininpotensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin vədetallı mühəndislik təhlilini əhatə etməklə tikinti işlərininbaşlanması baxımından xüsusi önəm daşıyır.
Layihə Tədqiqatının nəticələrinə əsasən hazırlanmış hesabatXəzər dənizinin xəritələrinin, dəniz dibinin və ekolojixüsusiyyətlərinin, o cümlədən potensial marşrut risklərinin ətraflıtəhlilini təqdim edir. Hesabat, həmçinin layihənin növbətimərhələləri olan dəniz dibinin tədqiqatı və kabel marşrutununlayihələndirilməsi üçün vacib olan məlumatları əks etdirir.
Layihəyə texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “PioneerConsulting” şirkəti tərəfindən təmin edilir. Şirkət layihənin bütünmərhələlərinin və əldə olunan nəticələrin beynəlxalq standartlaravə qabaqcıl sənaye təcrübələrinə uyğunluğunu təmin edir. “PioneerConsulting” Layihə Tədqiqatı mərhələsində əsas texniki məlumatlarınnəzərdən keçirilməsi və ekspert rəylərinin təqdim edilməsindəiştirak edərək, hesabatın “AzerTelecom” və “Kazakhtelecom”tərəfindən qəbul olunmasına dəstək göstərib.
Bu mərhələnin tamamlanması göstərir ki, təklif olunanfiber-optik kabelin marşrutu beynəlxalq mühəndislik standartlarınacavab verir və yüksək təhlükəsizlik və keyfiyyət göstəricilərinəuyğundur.
Azərbaycanın magistral internet provayderi “AzerTelecom”şirkətinin daxil olduğu “NEQSOL Holding”in sədri Yusif Cabbarovqeyd edib ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi regiondarəqəmsal əlaqəni və texnoloji inkişafı gücləndirməklə yanaşı,regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfəverəcək.
“Bu layihə “NEQSOL Holding”in strateji “Rəqəmsal İpək Yolu” təşəbbüsününəsas hissəsidir və regionda dayanıqlı rəqəmsal gələcəyinqurulmasını hədəfləyir. Bu məqsədə çatmaq üçün biz beynəlxalqsəviyyədə tanınan qabaqcıl həlləri tətbiq edərək Asiya ilə Avropaarasında daha sürətli, etibarlı və yüksək keyfiyyətli bağlantıdövrünə keçidi təmin edirik”, – deyə Yusif Cabbarov əlavə edib.
“Kazakhtelecom” şirkətinin strategiya və xarici aktivlər üzrəbaş direktoru Nurlan Meirmanov bildirib: “Bu il biz Xəzər dənizinindibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinintikintisinə dair müqavilə imzaladıq və artıq dəniz marşrutununtədqiqi üçün zəruri olan Layihə Tədqiqatı mərhələsini uğurla başaçatdırdıq. Sevindirici haldır ki, bütün fəaliyyətlər müəyyənolunmuş cədvələ uyğun həyata keçirilir. Layihənin miqyasını vəunikallığını nəzərə alaraq, “Kazakhtelecom” tərəfindən layihəyəfokuslanan xüsusi işçi qrupu formalaşdırılıb”.
“Pioneer Consulting” şirkətinin layihə meneceri və müştərihəlləri üzrə direktoru Deyv Mari layihə barədə öz fikirlərinipaylaşıb: “2024-cü ilin yanvar ayından komandamız Transxəzər sualtıkabel sisteminin layihələndirilməsi və satınalma mərhələsindədəstək göstərib. “AzerTelecom” və “Kazakhtelecom” ilə əməkdaşlıqedərək region üçün böyük önəm daşıyan yüksəksürətli və etibarlıfiber-optik sistemin qurulmasında iştirak etməkdən qürurduyuruq”.
Transxəzər Fiber-Optik Kabel Xətti Layihəsi çərçivəsindəSumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzərdənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttiçəkiləcək. Bu xətt çoxterabitli məlumatların ötürülməsini və 400terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasınıtəmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanmasıplanlaşdırılır.
“AzerTelecom” haqqında
“AzerTelecom”Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatışoperatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal vədigər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə vəölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibindəolan “Azerconnect Group”a daxildir. Şirkət yerli, regional vəbeynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətinvə İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daimqabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanınən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiyaoperatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlıinternet, rəqəmsal televiziya, mobil rabitə və digərtelekommunikasiya xidmətləri təqdim edir.
“Pioneer Consulting” haqqında
“PioneerConsulting” sualtı fiber-optik telekommunikasiya sistemlərininqurulması sahəsində müştərilərə məqsədlərini reallaşdırmaqda dəstəkverən aparıcı konsaltinq şirkətidir. Şirkət layihələndirmə, texnikidizayn, gəmidə nəzarət, həmçinin layihələrin bütün mərhələlərindətexniki və kommersiya istiqamətləri üzrə əhatəli məsləhətxidmətləri təqdim edir.