AZ

Ötən il Azərbaycanda xərçəngdən ölənlərin sayı açıqlandı

Ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların 5 min 546 nəfərini kişilər, 4 min 135 nəfərini qadınlar təşkil edib.

2024-cü ildə 15 min 164 nəfərdə isə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır.

Bununla yanaşı xəstəlik aşkarlananlardan 139-u 13 yaşadək, 70-i 14-17 yaş, 323 nəfəri 18-29 yaş, 398 nəfəri 30-34, 608-i 35-39, 6 min 463-ü 40-59, 7 min 163 nəfəri isə 60 və yuxarı yaşda insanlardır.

Bizim.Media

Seçilən
43
1
bizim.media

6Mənbələr