AZ

Usta işlədiyi binadan yıxılaraq HƏYATINI İTİRDİ

Ağdaşda 59 yaşlı usta işlədiyi binadan yıxılaraq ölüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı dərhal Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.

Ağdaşda baş verən hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 12.06.2025-ci il tarixində saat 09:40 radələrində 1 nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

1966-cı il təvəllüdlü şəxsə sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Vəziyyəti ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

Bizim.Media, Aran bürosu

Seçilən
50
1
bizim.media

4Mənbələr