AZ

Trampı bu gün heyrətləndirən texnologiya ilə İlham Əliyev 5 il öncə necə tarix yazıb?

ABŞ Prezidenti Donald Tramp “Pod Force One” proqramına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi və dronların bu müharibə oynadığı mühüm rola diqqət çəkib. Tramp qeyd edib ki, cəmi üç il öncə heç kim dronlarn müharibədə bu qədər həlledici rola malik olacağını təsəvvur edə bilməzdi.

Tramp dronların müasir müharibələrin mahiyyətini dəyişdiyini də vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentinin aşkar heyrət və vurğunluqla bəhs etdiyi dronlardan ilk kütləvi istifadə təcrübəsi Azərbaycana məxsusdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan ordusuna qarşı müharibədə həm zərbə, həm də müşahidə dronlarından uğurla istifadə etmiş, bu dronlar sayəsində düşmənin canlı qüvvəsi və ağır texnikasını ciddi itkilərə məruz qoymuşdur.  Sadəcə bir faktı qeyd edək ki, Ermənistanın bir çox müasir raket sistemləri, eləcə də S-300 və digər raket sistemlərinin çoxu məhz dronlar vasitəsilə zərərsizləşdirilmişdir.

Müharibə zamanı dronlardan kütləvi və səmərəli istifadə nəticəsində Azərbaycan hava məkanında birmənalı üstünlüyün təmin etmiş və bu üstünlük Azərbaycan Silahlı Qüvvələrinin quru əməliyyatlarının müvəffəqiyyətlə gerçəkləşməsinə töhfə vermişdir.

Bir sözlə, görünən odur ki, Tramppım bu gün heyrətləndirən dron texnologiyası ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev düz 5 il bundan öncə tarix yazmış, misilsiz zəfərə imza atmışdır. ABŞ prezidenti hörmətli Donald Trampın daha çox heyrətlənməsi üçün Vətən müharibəsi tarixinə nəzər yetirməsi kifayətdir. Bu tarixə nəzər salacağı təqdirdə ABŞ prezidenti sadəcə dron texnologiyasının üstünlüyünə deyil, həm də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın uzaqgörənliyini və sərkərdəlik bacarığına da şahid olmuş olacaq. Və anlayacaq ki, dronlar və onların müharibədə geniş tətbiqi məsələsində heyrətlənməyə gecikib...

Seymur ƏLİYEV

 

Seçilən
37
moderator.az

1Mənbələr