AZ

Hindistanda təyyarə qəzasında bir sərnişin SAĞ QALIB

Hindistanın qərbində qəzaya uğrayan Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin bir sərnişini sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

"Polis 11A nömrəli yerdə bir sağ qalan sərnişin aşkar edib", – hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

Ancaq bundan öncə göyərtədə olan 242 nəfərin hamısının həlak olduğu deyilmişdi. 

Xatırladaq ki, Londona uçan AI 171 reysi havaya qalxdıqdan qısa müddət sonra tibb kollecinə məxsus yataqxana binasına çırpılıb. Hazırda yerə düşən dağıntılar nəticəsində yerli əhali arasında itkilərin olub-olmadığı bəlli deyil.


Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr