AZ

Azərbaycan və IEA arasında qlobal enerji bazarındakı trendlər müzakirə edilib

BAKI, TurkicWorld

Azərbaycan və Beynəlxalq Enerji Agentliyi arasında qlobal enerji bazarındakı trendlər müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Brüsseldə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə qlobal enerji bazarındakı trendlər, COP29-un enerji təşəbbüslərinin icrasının izlənilməsi və əməkdaşlıq planları barədə faydalı müzakirələr apardıq", - deyə paylaşımda qeyd olunub.

Seçilən
34
36
turkic.world

10Mənbələr