AZ

Müsabiqə qaliblərinə qarğış...

Xəbər verildiyi kimi, dünən, yəni, iyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri arasında Mia.az-ın əməkdaşı Zülfiyyə Mustafayeva da var.

Mia.az xəbər verir ki, həmin müsabiqəyə Z.Mustafayeva "Evimizə "girən" marketlər: Ərzaq təhlükəsizliyimizi onlar necə qoruyur?" başlıqlı yazı təqdim edib və münsiflərin qərarı ilə 2-ci yeri qazanıb.

Belə ki, jurnalist Elnurə Abuşova sosial media hesabında qarğış janrında qalibləri, münsiflər heyətini (onların arasında professor Qulu Məhərrəmli və digər tanınmış sahə mütəxəssisləri var - Mia.az) və təşkilatçıları ittiham edib.

30 ildən çoxdur media sahəsində olan, ixtisasca jurnalist Zülfiyyə Mustafayevanın da qaliblər arasında olduğunu nəzərə alaraq, qarğış yağdıran Abuşovaya üstüörtülü də olsa, adımız hallandığı üçün bir kəlmə ilə cavab veririk: sən də yazını sosial mediada olduğu kimi paylaş, Zülfiyyə Mustafayeva da!!!

Hə, bir də inandığın nə varsa, ona and iç ki, Z.Mustafayeva qalib gəlmək üçün hansısa "qaranlıq qapı"dan girib! Və bunu sübut elə! 

Yeri gəlmişkən, kim ki, istər bu, istərsə E.Abuşovanın elə ötən gün iştirak etdiyi, hətta qalib olduğu digər müsabiqələr daxil, istənilən yarışda "separat oyunlar"la kimlər qalib elan olunubsa, o zaman qarğış hər kəs üçün keçərli olsun!  

MİA.AZ

Seçilən
16
13
mia.az

10Mənbələr