AZ

“Əmrə tabe baş nazir”: Elon Musk-ın atası Britaniya hökumətini ifşa etdi

“Əmrə

Milyarder Elon Musk-ın atası, iş adamı Errol Musk RIA Novostiyə verdiyi müsahibədə Böyük Britaniyanın baş naziri Keir Starmerlə bağlı sensasion açıqlama verib. Onun sözlərinə görə, Starmer ölkəni müstəqil şəkildə idarə etmir, xaricdən təlimatlar alır. Lakin bu iddianı sübut edən heç bir fakt təqdim etməyib. “Problem yarananda Davosa gedir, orada tapşırıq alıb qayıdır” — deyə Musk-ata bildirib və Britaniya liderinin tez-tez İsveçrənin Davos şəhərinə – dünya elitasının toplandığı foruma — səfərlərini şübhəli sayıb. “Bu, çox narahatedici davranışdır”, — deyə o, əlavə edib. Onun fikrincə, Böyük Britaniyanın seçilmiş liderinin əslində qeyri-müəyyən xarici qüvvələrin “səsi” və ya icraçısı olması, xalq üçün son dərəcə təhqiredici bir vəziyyətdir. Errol Muskın sözləri ictimaiyyətdə suallar doğurub: Keir Starmer kimə xidmət edir və qərarlarını harada verir?Ulusum.az

Diqqət Çəkənlər

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO

Burak Özçivit Yeni Stilini Göstərdi – Kuruluş Osman Ulduzunun Moda Dəyişikliyi 2025

Seçilən
30
ulusum.az

1Mənbələr