AZ

Bu şəxslərə verilən müavinətlərin yeni məbləği müəyyənləşdi

Ümumi xəstəlik, hərbi xidmət dövrü, istehsalat zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verən əlilliyə görə müavinətlər artırılıb.

 

Pravda.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş vermiş əlilliyə görə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 270 manatdan 300 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 150 manatdan 180 manata qaldırılıb.

Tarix: 12 İyun 2025, 18:38   
Seçilən
16
1
pravda.az

10Mənbələr