AZ

ABŞ İrandan əvvəl İsraillə görüşəcək

İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Mossad direktoru David Barnea iyunun 15-də Omanda ABŞ-İran danışıqlarından əvvəl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşəcək.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

ABŞ və İran aprelin 12-dən bəri İranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 9-da bildirib ki, Tehran nüvə proqramı ilə bağlı təkliflərini Oman vasitəsilə Amerika tərəfinə təqdim edəcək.

İyunun 11-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Moskva nüvə sazişinin əldə olunmasında təkcə siyasi deyil, həm də əməli yardım göstərməyə hazırdır. Məsələn, Rusiya tərəfi bu materialı reaktorlar üçün yanacaq istehsalına uyğunlaşdırmaq üçün İslam Respublikası ərazisindən artıq nüvə materialının çıxarılmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
33
39
editor.az

10Mənbələr