AZ

Qəzada sağ qalan yeganə şəxs xəstəxanadadır

Hindistanın qərbində “Air India” aviaşirkətinin qəzaya uğramış “Boeing 787 Dreamliner” təyyarəsinin bir sərnişini sağ qalıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə “News 18” telekanalı məlumat yayıb.

“Polis qəza yerində sağ qalan bir nəfəri aşkarlayıb”, – telekanal Əhmədbad polisinin məlumatına istinadən bildirib.

Məlumata görə, o, Hindistan vətəndaşıdır və hazırda xəstəxanadadır.

Daha əvvəl göyərtədə olan 242 nəfərin hamısının həlak olduğu bildirilmişdi.

Seçilən
26
3
busaat.az

4Mənbələr