AZ

Aəzrbaycanın investisiya şirkətindən xarici bazarlarda 3 milyard manatlıq dövriyyə!

"PAŞA Holdinq"in 100%-lik səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan "PAŞA Kapital İnvestisiya Şirkəti", 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırmış, mövqeyini daha da möhkəmləndirmişdir.

Marja.az xəbər verir ki, bu, PAŞA Kapital İnvestisiya Şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransında bildirilib. 

Qeyd edilib ki, 2024-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3 milyard manat həcmində olub. 2025-ci ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 1 milyard 400 milyon manata yaxındır.

Əlavə edilib ki, Şirkətin gəliri 42% artaraq, 11 milyon manat olub. Faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 milyon AZN-ə çatıb, qeyri-faiz gəlirləri isə 17,4% artımla 6,7 milyon AZN təşkil edib.

Seçilən
53
marja.az

1Mənbələr