İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, Rusiya Federasiyası bir qrup rusiyalı hərbçini geri qaytarıb. Bunun müqabilində eyni sayda Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri köçürülüb.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 9-da Kiyev rejiminin nəzarətində olan ərazidən yaşı 25-dən az olan Rusiya hərbçilərinin birinci qrupu geri qaytarılıb. Mübadilə də iyunun 10-da baş tutub.
Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.
Həmidə İbrahimova