AZ

Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya bu il Ukraynaya, xüsusən də uzaqmənzilli silahların istehsalı üçün əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır. Qərar hələ yekunlaşmasa da, təsdiqlənməsi gözlənilir. Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Almaniyanın Müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib."Almaniya uzaqmənzilli silahların maliyyələşdirilməsində iştirak edəcək. Onlar yaxın gələcəkdə əldə edilməlidir. Biz bunun üçün vəsait ayırmalıyıq ki, Ukrayna Silahlı Qüvvələri material ala bilsin", - Pistorius bildirib.Onun sözlərinə görə, bu istiqamətdə işlər mümkün qədər tez və səmərəli aparılmalıdır.Müdafiə naziri xatırladıb ki, Almaniya bu il Ukraynaya yardım üçün əvvəlcə 4 milyard avro ayırmağı planlaşdırsa da, sonradan bu məbləğ 7 milyard avroya yüksəlib. İndi bu məbləğdə maliyyəyə daha 1,9 milyard avro əlavə edilməsinin nəzərdə tutulduğunu deyən Pistorius qərarın hələlik yekun olaraq təsdiqlənmədiyini qeyd edib."Bunun bir hissəsi uzaqmənzilli silahlar layihəsinin maliyyələşdirilməsinə sərf olunacaq. Beləliklə, biz bu yolla Ukraynaya dəstək üçün 9 milyard avro ayıracağıq", - Pistorius vurğulayıb.ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Seçilən
48
1
reyting.az

2Mənbələr