"Yuventus" Nikolo Savona ilə yeni müqavilə imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
22 yaşlı müdafiəçinin yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədə olacaq.
Klubun akademiyasının yetirməsi olan Savona 2024-cü ilin avqustunda əsas komandaya qoşulub.