Bakı. Trend:
İyunun 12-də Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müaviniSamir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslamRespublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərindəkeçirilən “Qərbi Azərbaycan investisiya imkanlarına dair”beynəlxalq konfransda iştirak edib.
Trend xəbər verir ki,konfransda Qərbi Azərbaycan valisi-ostandarı Reza Rahmaniinvestisiya imkanları barədə geniş məlumat verib.
Qərbi Azərbaycanın investisiya imkanları ilə bağlı çıxış vəmüzakirələr dinlənilib, videotəqdimatlar olub, əməkdaşlıqməsələləri müzakirə edilib.
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müaviniSamir Seyidəhmədlinin İran İslam Respublikasının Qərbi Azərbaycanvalisi-ostandarı Reza Rahmani və İran Azad Ticarət Zonalarının başdirektoru Reza Masrur ilə qarşı tərəflərin istəyi əsasında işgüzargörüşləri olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində NaxçıvanMuxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli,Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatınınİqtisadiyyat şöbəsinin müdiri Orxan Babayev, Naxçıvan MuxtarRespublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MuxtarRespublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan MuxtarRespublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri,Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti VüqarAbbasov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıTeymur Rzayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsinNaxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisiMalik Rzayev də təmsil olunur.