Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini ermənipərəst Konstantin Zatulin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin təxribatcı açıqlamalarına haq qazandırmağa çalışıb. Ermənilərə yalmanan Zatulin həyasızcasına qeyd edib ki,guya ”Bakı Dağlıq Qarabağ əhalisinin “əzab- əziyyətini” unutdurmaq istəyir. Ona görə də məsələnin mahiyyəti baxımından Medinskinin deməyə haqqı var ki, 1994-cü ildə Qarabağda baş verənlər kimi, hərbi əməliyyatların dayandırılması, lakin yekun nizamlanmanın əldə olunmaması variantı Ukraynada da risklər daşıyır və hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər.
Azərbaycana gəlincə, o, Dağlıq Qarabağın adını belə xatırladan hər kəsin üstünə atılır. Amma ermənilər orada azərbaycanlılardan xeyli əvvəl yaşayıblar. Baxmayaraq ki, sonralar təbii ki, azərbaycanlılar da orada yaşayırdılar və əhalinin təxminən 25%-ni təşkil edirdilər” –deyə Zatulin əmılli-başlı sərsəmləyib. Rusiya prezidentinin köməkçisi Medinskinin təxribatcı açıqlamasından bir neçə gün sonra Zatulininbu sərsəmləmələri Azərbaycana qarşı təxribatın eyni mərkəzdən idarə edilməsinə dəlalət edir.
Surxay Əliyev