AZ

Ulduz futbolçunun transferi RƏSMƏN ELAN EDİLDİ

İtaliyanın "Napoli" klubu belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ilə anlaşdığını rəsmən elan edib.

Publika.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki hesablarında paylaşım edilib.

"Kral Kev buradadır", - paylaşımda deyilir.

İtaliya mediası qeyd edib ki, 33 yaşlı oyunçu ilə müqavilə 3 il müddətinə imzalanıb. De-Bruyne "Napoli"dən ildə 5 milyon avro alacaq.

Futbolçu italyanlara qoşulmazdan əvvəl 2015-ci ildən "Mançester Siti"də çıxış edib. Bu 10 il ərzində 6 dəfə İngiltərə çempionu olub. Bundan başqa o, 5 dəfə İngiltərə Liqa Kubokunu qazanıb, iki dəfə FA Kubokunu başı üzərinə qaldırıb. 2022/23 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Seçilən
56
2
publika.az

10Mənbələr