"Bayer Leverkuzen" "Liverpul"un ulduz yarımmüdafiəçi Florian Virtsin transferi ilə bağlı son təklifini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
İngiltərə çempionu transfer üçün 130-135 milyon avro sabit məbləğ ödəyəcək. Müəyyən şərtlər yerinə yetirildikdə isə ümumi məbləğ 150 milyon avroya çata bilər.
Gözlənilir ki, Virts "Liverpul"la 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. Lakin müqavilənin daha uzun müddətli olması ehtimalı da var.
Xatırladaq ki, "Liverpul"un ilk təklifi bonuslar daxil olmaqla 130 milyon avro idi, lakin "Bayer" bu təklifi qənaətbəxş hesab etməmişdi.