AZ

Fəxri adlara görə təqaüd artırıldı

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat (əvvəl 200 manat), əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat (əvvəl 150 manat) müəyyən edilib.

Seçilən
29
44
heftelik.az

10Mənbələr