“Real”ın alman keçmiş yarımmüdafiəçisi Toni Kroos “Barselona”nın alman baş məşqçisi Hans-Diter Flikin iş usulları haqda söhbət açıb.
Arena.az “Einfach mal Luppen” dərgisinə istinadən, keçmiş futbolçunun müvafiq fikrini təqdim edir:
“Hansi” Flikin rəhbərliyi altında “Barselona”nın bəzi oyunçuları gecikmələrə görə cəzalandırılıblar. Bu, fərqli fəlsəfədir. “Real”da buna gülərlər. “Real”da mütəmadi olaraq məlum olmazdı ki, kim gecikir – oyunçu və ya məşqçi. Bu, fərqli zehniyyətdir – kiməsə oynamağa imkan verməmək, nə var ki o, beşcə dəqiqə gecikib. Bunlar fərqli yanaşmalardır, hər ikisi də çalışır. Demək olar ki, Flik sırf alman zehniyyətinə malikdir”, deyə Kroos vurğulayıb.
Xatırladaq ki, cari mövsümdə “Barselona” 60 yaşlı alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).