ABŞ gəmiqayırma sahəsində Çinə uduzur və dənizdə üstünlüyünü itirir.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
Onun sözlərinə görə, bu vəziyyət sahədəki sistemli problemlərlə, o cümlədən sənaye bazasının zəifləməsi və istehsal gücünün çatışmazlığı ilə bağlıdır.
“Biz Çinə gəmiqayırmada uduzuruq – həm istehsal gücü, həm də gəmi sayı baxımından. Çinin gəmiqayırma gücü ABŞ-ın imkanlarını 230 dəfə üstələyir,” – deyə Heqset qeyd edib.
O əlavə edib ki, Çin Hərbi Dəniz Qüvvələrinin təxminən 70%-i 2010-cu ildən sonra istismara verilib, ABŞ-da isə bu göstərici cəmi 23%-dir. Müdafiə nazirinin sözlərinə görə, ABŞ-ın dəniz üstünlüyü “sürətlə azalır” və bu, onilliklər ərzində baş verən deindustrializasiya, eləcə də gəmi tikintisi və təmiri sahəsində imkanların azalması ilə bağlıdır.