NATO ölkələri alyansın şərq cinahını mümkün hücumlardan qorumaq məqsədilə raket əleyhinə müdafiə sistemlərini möhkəmləndirməyi nəzərdən keçirirlər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
NATO üzvləri raket əleyhinə müdafiə komplekslərini digər inteqrasiya olunmuş raket əleyhinə müdafiə sistemləri ilə birləşdirmək imkanlarını müzakirə edirlər.