Ukrayna prezidenti Volodimir Zelenski yaralı əsgərlərin mübadiləsinin ikinci mərhələsinin baş tutduğunu açıqlayıb. Zelenski qeyd edib ki, dəyişdirilən bütün əsgərlərin müalicəyə ehtiyacı var.
“Biz hamını rus əsarətindən azad etmək üçün çalışmaqda davam edəcəyik”, - deyə Zelenski bu mübadiləni mümkün edən hər kəsə təşəkkürünü bildirib. Ukrayna lideri vurğulayıb ki, bütün girov əsgərlərin vətənə qayıtması üçün səylər davam etdiriləcək.
Rusiya Müdafiə Nazirliyi iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmalar çərçivəsində Kiyevin bir qrup rus əsgərini geri qaytardığını açıqlayıb.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən bir qrup əsgəri Kiyevə verilib və bəyanatda qeyd olunub ki, Rusiya əsgərləri hazırda Belarusdadır və onlara tibbi və psixoloji yardım göstərilir.