AZ

Ulduz futbolçunun transferi RƏSMƏN ELAN EDİLDİ


İtaliyanın "Napoli" klubu belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ilə anlaşdığını rəsmən elan edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki hesablarında paylaşım edilib.

"Kral Kev buradadır", - paylaşımda deyilir.

İtaliya mediası qeyd edib ki, 33 yaşlı oyunçu ilə müqavilə 3 il müddətinə imzalanıb. De-Bruyne "Napoli"dən ildə 5 milyon avro alacaq.

Futbolçu italyanlara qoşulmazdan əvvəl 2015-ci ildən "Mançester Siti"də çıxış edib. Bu 10 il ərzində 6 dəfə İngiltərə çempionu olub. Bundan başqa o, 5 dəfə İngiltərə Liqa Kubokunu qazanıb, iki dəfə FA Kubokunu başı üzərinə qaldırıb. 2022/23 mövsümündə Çempionlar Liqasının qalibi olub.


Seçilən
67
2
news24.az

10Mənbələr