Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qəbul etdiyi ittiham dolu qətnaməyə baxmayaraq, İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İran planlaşdırdığı yoldan dönməyəcək və uranın zənginləşdirilməsi davam etdiriləcək:
“Hətta obyektlərimiz bombalansa belə, bizim biliklərimiz qalacaq. Onlar nəyi dağıtsa da, biz onu bərpa edəcəyik.”
Prezident Pezeşkian MAQATE-nin İdarə Heyətinin qəbul etdiyi qətnaməni “zərərli” adlandırıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov açıqlamışdı ki, MAQATE-nin İdarə Heyəti İranın guya nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozduğunu bildirən qətnaməni qəbul edib.
Sənədə qarşı Rusiya, Çin və Burkina-Faso səs verib.