AZ

Hindistanda təyyarə qəzasında 310 nəfər həlak olub - VİDEO - YENİLƏNİB

Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

APA xəbər verir ki, bu barədə "The New Indian Express" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 240-dan çoxunun həlak olduğu artıq təsdiqlənib.

75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.


19:50

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Reuters” yerli polis məmuruna istinadən məlumat yayıb.

Ölənlərdən 241-i təyyarənin göyərtəsində, 50 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.

Bir sərnişin qəzadan sağ çıxıb.

Qəzanın quş dəstəsinin mühərrikə çırpılması nəticəsində baş verdiyi əsas versiya sayılır.

Qeyd edək ki, bu gün Əhmədabad-London reysinin yerinə yetirən təyyarə hava qalxdıqdan az sonra idarəetməni itirib və yataqxananın üzərinə düşüb.

Seçilən
17
1
apa.az

9Mənbələr