Qəbələdə yanıq xəsarətləri alan qadın ölüb.
Heftelik.az-ın Lent.az-a verilən məlumata görə,hadisə mayın 4-də Aydınqışlaq kəndində baş verib.
Kənd sakini Cabbarova İlhamə Şakir qızı naməlum şəraitdə yanıq xəsarətləri alıb. O, xəstəxanada görülən tədbirlərə baxmayaraq, iyunun 11-də dünyasını dəyişib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.