AZ

Dubay polisi "Spartak"ın keçmiş futbolçusunu həbs edib

Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu Kvinsi Promes Dubayda həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 12-də “De Telegraaf” qəzeti məlumat yayıb.

"Dubay polisi Kvinsi Promesi həbs edib.  Mənbələrin məlumatına görə, peşəkar futbolçu Hollandiya ədliyyə sisteminin ekstradisiya tələbi ilə bağlı saxlanılıb", - qəzet yazır.

İdmançının evində həbs olunduğu bildirilir. Promes Dubaydakı müvəqqəti saxlama mərkəzinə aparılıb. Promesin vəkili qəzetə həbs faktını təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.

Promes 2014-2018-ci illərdə "Spartak"da çıxış edib, 2021-ci ildə yenidən futbol klubuna qayıdıb və 2024-cü ilə qədər klubda çıxış edib.

QAZİLER.AZ

Seçilən
45
8
qaziler.az

10Mənbələr