AZ

Hindistanda təyyarə qəzasından yeganə sağ çıxmış sərnişin danışdı (VİDEO)

Bakı. Trend:

Hindistanda Air India aviaşirkətinə məxsus "Boeing 787-8Dreamliner" təyyarəsinin qəzaya uğraması zamanı sağ olaraq tapılmışyeganə sərnişin 40 yaşlı Böyük Britaniya vətəndaşı RameshVishwaskumar olub.

Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Air Indiatəyyarəsində yalnız bir sərnişin sağ qaldı

Trend xaricimətbuata istinadən xəbər verir ki, Ramesh Vishwaskumar Bucharvadatəyyarədə fövqəladə çıxış qapısının arxasında oturub və qəza zamanıtullanaraq xilas olub

Uçuş havaya qalxdıqdan bir neçə dəqiqə sonra Ahmedabaddakı B. J.Tibb Kolleci yaxınlığında qəzaya uğrayıb.204 nəfər həyatını itirib.Hadisə nəticəsində 200-dən çox insan həyatını itirib.

38 yaşlı Ramesh Vishwaskumar Bucharvada, bugün qəzaya uğrayanAir India-nın AI171 nömrəli reysindəki 242 sərnişindən biri idi. O,möcüzəvi şəkildə sağ qalıb.

Böyük Britaniya vətəndaşı olan Ramesh, təyyarədə 11A nömrəlioturacaqda - fövqəladə çıxış qapısının birbaşa arxasındaoturub.

Qəza anından dərhal sonra çəkilmiş videoda yaralı vəziyyətdəolan Ramesh ambulansa doğru yeriyərkən görünür. Ətrafdakı insanlarondan digər sərnişinlərin taleyi ilə bağlı soruşurlar. Ramesh isəGujarati dilində "Təyyarə partladı" deyə cavab verir və əlavəedir:

"Onlar orada, təyyarənin içərisində qalıblar."

Ahmedabad Polis Komissarı GS Malik, ANI xəbər agentliyinəaçıqlamasında deyib:

"Polis, 11A nömrəli oturacaqda bir nəfərin sağ qaldığını müəyyənedib. Bu sərnişin hazırda xəstəxanadadır və müalicə olunur.Ölənlərin sayı ilə bağlı dəqiq məlumat verə bilmirik, çünki təyyarəyaşayış məhəlləsinə düşüb. Ölənlərin sayı arta bilər."

Seçilən
69
8
az.trend.az

8Mənbələr