Iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsində Jamahal Hilə qarşı əsas döyüşdə iştirak edəcək Halil Rountrinin Bakı gəzintisi davam edir.

Offsideplus.az xəbər verir ki, ABŞ idmançısı sosial şəbəkə hesabında paytaxtımızdan yeni fotolar paylaşıb. Halilin "Qarabağ" futbol klubunun formasını geyinməsi diqqət çəkib. Şəhərin mərkəzi küçələrini gəzən 35 yaşlı ulduz paylaşımında "Qonaqpərvərliyin evi", sözlərini yazıb. 

Fotoları təqdim edirik: