AZ

Putin: Qərb istehsalı olan müasir raketlərin böyük hissəsi məhv edilib

Rusiya hava hücumundan müdafiə qüvvələri xüsusi hərbi əməliyyatın başlanmasından bəri Ukraynaya Qərb ölkələri tərəfindən verilən 7500 müasir raketi məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri hava hücumundan müdafiə qüvvələri 80 mindən çox hava hədəfini vurub.

“Onlardan 7,5 mini müasir operativ-taktiki və qanadlı raketlər, həmçinin reaktiv mərmilərdir ki, demək olar ki, 100%-i Qərb istehsalıdır,” – Putin 2027–2036-cı illər üçün dövlət hərbi proqramının əsas parametrlərinin müzakirəsi ilə bağlı keçirilən toplantıda qeyd edib.

 

Seçilən
26
nocomment.az

1Mənbələr